Memarlıq və Dizayn

Əsas və təfərrüatlı dizayn xidmətləri GRAVITY  daxilində birləşdirilib. Dizayn və onun təkmilləşdirilməsi düzgün qiymətləndirmə, araşdırma və müştəri ehtiyyaclarının qiymətləndirilməsindən başlayır.

İlk mərhələdə məlumatı alırıq, sonra onu qiymətləndiririk, mövcud mühiti və şəraiti nəzərdən keçiririk, sonra isə planlaşdırma və konseptə keçirik. 

Təklif  etdiyimiz dizaynlar təhlillərlə başlayır və kompleks sənədləşdirmə və modelləşdirmə ilə bitir. Və əgər dizaynlar müştərini qane edirsə, biz layihəni icraya başlamağa təklif edirik. 

Təfərrüatlı dizaynın yoxlanılması mərhələsində, komandamız hazırlanan konseptin müştərinin tələblərinə cavab verməsinə riayət edir. Və əgər ehtiyac olarsa, onu redaktə edir. 

Dizaynerlərimiz gələcək eviniz üçün çertyoj və tam dizayn hazır edir. Həmçinin, tam rahatlığınızı təmin etmək məqsədilə rəng seçimində də sizə köməklik edəcəklər.