Layihələndirmə İşləri

GRAVITY  layihənin ilk addımlarından düzgün istiqamətdə getməyin vacib olduğunu bilir. 

Planlaşdırmadan əvvəl hər bir addımı təhlil edirik və qiymətləndiririk. 

İnşaat işlərinə nəzarət etmək üçün  böyük təcrübəyə malik ixtisaslaşmış, peşəkar mütəxəssislərimiz, layihə-tikinti sənədlərinin hazırlanması, təsdiq olunması və əlaqələndirilməsini təmin edirlər. Bizim konsultasiya və layihənin idarə olunması təcrübəmiz müştərilərin tələbləri, ən yaxşı beynəlxalq təcrübə və eləcədə yerli standartları özündə birləşdirən keyfiyyətli xidmətlə təmin olunur. 

Layihələndirmə - vaxta qənaət etmək, yaranan səhvlərdən vaxtında xəbərdar olmaq və nəticədə xərclərə qənaət deməkdir. Layihələndirmə zamanı hesablama işlərini aparan, modelləşmə və detallı çertyojlar yarada bilən proqram təminatlarından istifadə edilir.

Tikinti və nəzarət prosesi, layihənin icrasında ən əsas mərhələlərdir. Bu layihələrdə biz, dizayn eskizləri, texniki və keyfiyyət standartları, spesifikasiyalar, müvafiq qanunvericilik və tənzimləmələrə uyğun olaraq icra edilməsini təmin edirik.

Layihələndirdiyimiz müasir evlər: təhlükəsiz, enerjiyə qənaətli və ekoloji cəhətdən bütün tələblərə cavab verir.